Gümüş Minillik
From Wikipedia, the free encyclopedia
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu?) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış.[1] Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir.
Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir. Həmçinin Xarici Seylor döyüşçülərinin (Seylor Uran, Seylor Neptun, Seylor Pluton və Seylor Saturn) də Ay Krallığını xarici düşmənlərdən qoruduqları göstərilmişdir. Xarici Seylor döyüşçüləri çox güclü talismanlara (seriya boyunca Xarici Seylor döyüşçülərinin istifadə etdikləri silahlar) sahib olduqlarından Ay qalasında, Daxili Seylor döyüşçülərindən (Seylor Venera, Seylor Merkuri, Seylor Mars və Seylor Yupiter) ayrı yaşamışlar.
5 hekayədən ibarət "Seylor Mun" seriyasının ikinci hekayəsində ikinci Gümüş Minillik dövrünün XX-XXX əsrlər arasında olduğu göstərilmişdir (həmin hekayədə Seylor döyüşçüləri bunu gələcəyə səyahət edərək öyrənmişdilər). İkinci Gümüş Minillik dövrü Yerdən — Kristal Tokiodan idarə olunur.
Ay Krallığının kral ailəsinə malik personajlarının alınlarında aypara işarəsi vardır. Bu işarəyə malik personajlar bunlardır: Kraliça Sereniti, Şahzadə/Yeni Kraliça Sereniti, Çibiusa, pişik personajlar Luna, Artemis və Dianadır. Hekayənin birinci hissəsində seriyanın baş personajı Seylor Mun düşmənlər tərəfindən təhdid olunduğundan Seylor Venera özünü yalandan şahzadə kimi təqdim etmiş və alnına saxta aypara işarəsi yerləşdirmişdir. Kral ailəsinə məxsus olmayan personajların alınlarında bu işarə yoxdur.