Seylor Pluton
From Wikipedia, the free encyclopedia
Seylor Pluton (セーラープルート, Sērā Purūto?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna?) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Cəld faktlar Franşiz(lər), Yayın tarixi ...
Seylor Pluton | |
---|---|
Seylor Pluton "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #18: "Zaman əyilməsi, Seylor Pluton" (1993) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Setsuna Мeyo |
İngilis versiyası | Tristo Meyo (anime) |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 29 oktyabr (Əqrəb) |
Yaşı | 18-20 |
Ləqəb(lər)i | Şahzadə Pluton |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika (manqa) |
Gücləri | məkan və zamanı idarə etmək |
Bağla
Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir.