Seylor Mars
From Wikipedia, the free encyclopedia
Seylor Mars (セーラーマーズ, Sērā Māzu?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei?) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Cəld faktlar Franşiz(lər), Yayın tarixi ...
Seylor Mars | |
---|---|
Seylor Mars "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #3: "Rey — Seylor Mars" (1992) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Rey Hino |
İngilis versiyası | Raye Hino |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 17 aprel (Qoç) |
Yaşı | 14-16 |
Boyu | 160 sm |
Qan qrupu | AB(IV) |
Ləqəb(lər)i | Şahzadə Mars, 'Mars Reyko |
Komandaları | Seylor döyüşçüləri |
Gücləri | alovu idarə etmək, manipulyasiya etmək, psixi güclər |
Bağla
Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir.[1] Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir.
"Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur.