Seylor Saturn
From Wikipedia, the free encyclopedia
Seylor Saturn (セーラーサターン, Sērā Satān?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru?) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Cəld faktlar Franşiz(lər), Yayın tarixi ...
Seylor Saturn | |
---|---|
Seylor Saturn. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #24: "Sonsuzluq 1 — Xəbərdarlıq" (1994) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Hotaru Tomoe |
İngilis versiyası | Hotaru Tomoe |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 6 yanvar (Oğlaq) |
Yaşı | 10-12 |
Qan qrupu | АВ(IV) |
Ləqəb(lər)i | Şahzadə Saturn, Kon[1][2], Xanım 9, Xanım Arzu |
Komandaları | Seylor döyüşçüləri, Ölüm Həvariləri, Ölü Ay Sirki[1], Kölgə Qalaktika |
Gücləri | dağıdıcı güclər, psixi güclər |
Bağla
Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər.