İsanın doğulması
From Wikipedia, the free encyclopedia
İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir.
Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir.[1] Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər.[2][3][4][5] Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər.[6][7][8][9] Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.[10]
Katolik kilsəsi mənsublarının, eləcə də digər xristian toplumlarının qeyd etdiyi doğulma hadisəsi (Milad bayramı) İsanın doğulmasının qeyd edilməsi bayramıdır. Qırx gün davam edən Milada hazırlıq Şərq Ortodoks Kilsəsi mənsubları daha qısa müddətdə qeyd etsələr də, əsas böyük xristian qrupları (Katolik kilsəsi, Anqlikan kilsəsi, Ana xətt kilsələri və Baptistlər) bayramdan əvvəl liturgik mərasimlərlə müşayiət olunan dörd bazar gününü də qeyd edirlər, lakin bütün bunlar hamısı ruhən təmizlənmə, yenidən özünü toplama və yeniləşməni ifadə etməklə İsanın doğum gününə hazırlanma işləridir.
Xristian teologiyasında, İsanın doğulması özündə Adəmin yaradılması dövründə insanın yol verdiyi xətadan sonra, ilahi tərəfindən verilmiş şans sayəsində ikinci Adəmin doğulması kimi də dəyərləndirilir. IV əsrdən başlayaraq İsanın doğulması xristian rəssamlarının əsas mövzularından biri olmuşdur. Xristian kilsə rəhbərliyinin təsiri ilə, XIII əsrdən sonra Doğulma səhnəsində İsanın təvazökarlığı xüsusilə vurğulanır və onun siması “Lord və Master” kimi təqdim edilir.[11][12][13]
İncillərə əsasən Erkən həyat
Missionerlik
Əziyyət
Digər ƏC mətnlərində
| |||||