İsa
From Wikipedia, the free encyclopedia
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4[1], Beytləhm, Roma imperiyası[2] – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider.[3] O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar.
İsa | |
---|---|
İsa Məsih | |
Doğum tarixi | ən tezi e.ə. 6 və ən geci e.ə. 4[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 30 və ya 3 aprel 33 |
Vəfat səbəbi | Çarmıx |
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Partnyorları |
|
Atası | Müqəddəs İosif və ya Xristianlıqda Ata |
Anası | Məryəm |
Təhsili |
|
Fəaliyyəti | vaiz[d], peyğəmbər, dülgər[d], Ravvin, dini rəhbər[d], Məsih, vaiz[d], müəllim, din qurucusu[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır.[lower-alpha 1] İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub.[11][lower-alpha 2][14][15] Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.[16]
İsa tez-tez yəhudi yoldaşları ilə Tanrıya ən yaxşı şəkildə itaət etməyin yolları barədə söhbət edir, xəstələrə şəfa verir və nəsihətamiz dini hekayələr danışırdı. Başına topladığı insanlar arasındakı on iki nəfər onun əsas müridi idi. Yerusəlimdə həbs edilən və yəhudi hakimiyyət orqanları tərəfindən mühakimə olunan İsa[17] Roma hökumətinə təhvil verildi və Yəhudeyanın Roma prefekti Ponti Pilatın əmri ilə çarmıxa çəkildi. Ölümündən sonra İsanın yenidən dirilməsinə əmin olan davamçıların yaratdıqları icma sonralar dünyamiqyaslı bir hərəkata çevrilən xristianlığın ilk kilsəsi oldu.[18] Onun təlimləri və həyatı haqqında məlumatlar əvvəlcə şifahi formada ötürülürdü; onlar yazılı İncillərin əsas mənbəyi sayılır.[19]
Xristian teologiyasında İsanın Müqəddəs Ruh tərəfindən yaradıldığına, Məryəm adlı bakirə bir qadından doğulduğuna, möcüzələr göstərdiyinə, Xristian Kilsəsinin əsasını qoyduğuna, günahın kəffarəsinə nail olmaq üçün çarmıxa çəkilərək öldüyünə, daha sonra dirildiyinə və dünyaya Cənnətdən yüksələcəyinə dair inanclar yer alır. Ümumiyyətlə, xristianlar İsanın insanların Tanrı ilə barışmasına kömək etdiyinə inanır. Nicene Creed iddia edir ki, İsa diriləri və ölüləri onların cismani dirilməsi baş verməzdən əvvəl və ya sonra mühakimə edəcək; xristian esxatologiyasında bu hadisə İsanın İkinci Gəlişi ilə əlaqələndirilir. Xristianların böyük əksəriyyəti İsanı Üçlüyün üç müddəasından ikincisi olan "Tanrının Oğlu" hesab edir və ona ibadət edir.[lower-alpha 3] İsanın doğumu hər il dekabrın 25-də[lower-alpha 4] Milad bayramı kimi qeyd olunur. Onun çarmıxa çəkilməsi Müqəddəs Cümə günü, dirilməsi isə Pasxada anılır. Dünyanın ən çox istifadə edilən milad təqvimi İsanın təxmini doğum tarixinə əsaslanır.[20]
İsa İslamda, Bəhailikdə və Druz dinində də hörmətlə qarşılanır. İslamda İsa Allahın sondan əvvəlki peyğəmbəri və Qiyamət günündən əvvəl qayıdacaq Məsih hesab olunur. Müsəlmanlar İsanın bakirə Məryəmdən doğulduğuna inansa da, onu nə Allah, nə də Allahın Oğlu hesab edir. Əksər müsəlmanlar onun öldürüldüyünə və çarmıxa çəkildiyinə deyil, Allahın onu hələ sağ ikən Cənnətə qaldırdığına inanır.[lower-alpha 5] Bunun əksinə, yəhudilikdə İsanın gözlənilən Məsih olduğuna dair inanc rədd edilir. Onlar iddia edir ki, İsa Məsih peyğəmbərdən gözlənilənləri yerinə yetirməyib və qanuni olaraq məsh olunmayıb; o, nə ilahi olub, nə də dirilib.