Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında — 2012-ci ilin 27 iyul–12 avqust tarixlərində Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası London Olimpiadasında 53 idmançı ilə 15 idman növündə təmsil olundu.[1]
Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 53 idmançı (15 idman növündə) | ||||||||
Bayraqdar | Elnur Məmmədli (açılış mərasimi) Toğrul Əsgərov (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 30 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Birləşmiş Komanda (1992) |
Azərbaycan Milli Olimpiya Komandası London Olimpiadasını 9 medalla (2 qızıl, 2 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov final görüşlərində qələbə qazanaraq London Olimpiadasının qalibi oldu. Yunan-roma güləşçisi Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnik olimpiadanın həlledici görüşlərində məğlub olaraq gümüş medala sahib oldu. Yunan-roma güləşçisi Emin Əhmədov, qadın güləşçi Yuliya Ratkeviç və sərbəst güləşçi Xetaq Qazyumov, həmçinin boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov isə London Olimpiadasını bürünc medalla başa vurdu.
London Olimpiadasında 2 qızıl, 2 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 27-ci pillədə qərarlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul 2012-ci il tarixli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 6 nəfər "Şöhrət" ordeni, 13 nəfər "Tərəqqi" medalı, 3 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
2012-ci il London Olimpiadası Azərbaycanın Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda medalların əyarına görə bundan əvvəl 1996–2008-ci illərdə, həmçinin növbəti 2016–2020-ci illərdə qatıldığı Olimpiya Oyunlarında göstərdiyi nəticələri arxada qoydu.