Mariya Stadnik
From Wikipedia, the free encyclopedia
Mariya Vasili qızı Stadnik (ukr. Марiя Василiвна Стадник; qızlıq soyadı Стаднiк; 3 iyun 1988, Lvov) — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idmanı tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri.
Mariya Stadnik | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Mariya Vasili qızı Stadnik | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Azərbaycan əfsanəsi[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna (2002—2006) → Azərbaycan (2007—) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (35 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Lvov, Ukrayna SSR | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 158 sm. (5 ft 2 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2000— | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Andrey Stadnik | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Atasport İdman Klubu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İço və Saori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir.
Mariya Stadnik güləş üzrə Dünya Çempionatlarında isə altı dəfə medallara sahib olub. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Nur-Sultanda Dünya Çempionatının qalibi olan Mariya Stadnik üç dəfə — 2011, 2015 və 2018-ci illərdə final görüşlərində məğlub olaraq turnirin gümüş medallarını qazanıb.
Avropa Çempionatlarında isə Mariya Stadnik tarixi nailiyyətə imza atıb. 2008, 2009, 2011, 2014, 2016, 2017, 2018, 2021 və 2023-cü illərdə Avropa Çempionatlarının qızıl medallarına sahib olan Mariya Stadnik bu turnirin tarixində ən çox qızıl medal qazanan qadın güləşçidir. Mariya Stadnik həm də mübarizə apardığı 9 Avropa Çempionatında heç bir görüşdə məğlub olmayaraq yüz faizlıq nəticə göstərib.
Mariya Stadnik həm də 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusda baş tutan II Avropa Oyunlarının qalibi olub.
Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən on dəfə ilin ən yaxşı idmançılarından biri seçilən Mariya Stadnik Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2011-ci ilin ən yaxşı qadın güləşçisi seçilib.
Mariya Stadnik Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə,[2] 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə,[3] 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə,[4] 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mariya Stadnik Ümümdünya Güləş Birliyinin (UWW) rəsmi məlumatlarına əsasən 2003–2022-ci illərdə 49 beynəlxalq turnirdə mübarizə aparıb.[5] Dörd Olimpiya Oyunlarının hamısında medallara sahib olan Mariya Stadnik yeddi dəfə Dünya Çempionatlarında mübarizə aparıb və 2007-ci ildə baş tutan turnir istisna olmaqla digər altı çempionatın hamısında medallara sahib olub.[5] Karyerası ərzində 2 dəfə Avropa Oyunlarında, 8 dəfə isə Avropa Çempionatlarında çıxış edən Mariya Stadnik bu turnirlərdə 100 faizlıq nəticə göstərib və hamısında qalib olub.[5] Ümumi olaraq Mariya Stadnik 49 beynəlxalq turnirin 36-da qızıl, 7-də gümüş, 4-də isə bürünc medallara sahib olub.[5] Karyerasında medalsız başa vurduğu turnirlər 2007-ci il Dünya Çempionatı və 2023-cü il Zaqreb Open beynəlxalq turniridir.
Karyerası ərzində Mariya Stadnik 144 dəfə görüşə çıxıb. Onların 133-də qalib gəlib, 11-də isə məğlub olub. Məğlub olduğu güləşçilərdən 8-i Yaponiya, biri ABŞ, biri Kanada, biri isə Polşa nümayəndələri idi. Mariya Stadnikin əsas rəqibləri 2011–2012-ci illərdə Hitomi Obara (Yaponiya), 2015–2016-cı illərdə Eri Tosaha (Yaponiya), 2018–2021-ci illərdə isə Yui Susahi (Yaponiya) idi. Bu güləşçilərlə görüşlərin hamısında o, rəqiblərinə məğlub olmuşdu. Karyerası ərzində Avropa Çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında heç bir zaman məğlub olmayan Mariya Stadnikin 11 məğlubiyyətinin dördü Olimpiya Oyunlarında, altısı Dünya Çempionatlarında, biri isə Klippan Lady Open beynəlxalq turnirində olub. 11 məğlubiyyətinin altısı final görüşlərinə təsadüf edir.