Toğrul Əsgərov
Azərbaycan güləşçisi / From Wikipedia, the free encyclopedia
Toğrul Şəhriyar oğlu Əsgərov (17 sentyabr 1992, Gəncə) – Azərbaycanı təmsil edən sərbəst güləşçi. 2008-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Toğrul Əsgərov, 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medala, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.[1] 2015-ci ildə I Avropa Oyunlarının da qızıl medalını qazanan Toğrul Əsgərov, Avropa Çempionatlarında bir dəfə – 2012-ci ildə qalib olub.[1] Dünya Çempionatlarında isə Toğrul Əsgərov 2010-cu ildə gümüş medala sahib olub.[1] Toğrul Əsgərov Olimpiya Oyunlarının qalibi olan ən gənc Azərbaycan idmançısıdır (19 il, 10 ay, 25 gün).
Toğrul Əsgərov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Tam adı | Toğrul Şəhriyar oğlu Əsgərov | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 17 sentyabr 1992(1992-09-17) (31 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 7 in) | |||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||
Karyera illəri | 2005—2019 | |||||||||||||||||||||||||||||||
Məşqçisi | Elçin Zeynalov | |||||||||||||||||||||||||||||||
Komandası | Təhsil İdman Klubu | |||||||||||||||||||||||||||||||
Medallar
|
Toğrul Əsgərov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə[2], 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə[3], 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[4]