Şəki dövləti
From Wikipedia, the free encyclopedia
Şəki dövləti[1][2]; Şəki məlikliyi[3][4]; Şəki şahlığı[5][6]; Şəki çarlığı[7][qeyd 3] daha sonra Şəki hakimliyi və sonra Şəki xanlığı— indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət.
Şəki dövləti | |||||||||
Çarlıq | |||||||||
| |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Birləşmiş Şəki-Kaxeti (Hereti-Kaxeti) ərazisi gürcü mənbələrinə əsasən. Xəritədə birləşməyə qədərki Şəki-Kaxeti sərhəddi də göstərilir. | |||||||||
paytaxt | Xayzan, Şəki, Telavi (XI əsrin ikinci yarısında), Kiş (XII əsrin əvvəllərindən) | ||||||||
Din | xristianlıq, islam | ||||||||
İdarəetmə forması | Monarxiya | ||||||||
Sülalə | mehranilər, arevmanelilər | ||||||||
ranlar çarı, yaxud Şəki hökmdarı | |||||||||
- | Atrnerseh | ||||||||
- | İşxan Əbu Əbdülmalik | ||||||||
- | Dinar | ||||||||
ranlar və kaxlar çarı, yaxud Şəki-Kaxeti hökmdarı | |||||||||
- | Böyük Kvirike | ||||||||
- | Qagik | ||||||||
- | I Axsartan | ||||||||
- | II Kvirike | ||||||||
- | II Axsartan | ||||||||
Kiş qalasının rəhbərləri | |||||||||
- | Asat Qriqol oğlu və Şot Qriqol oğlu | ||||||||
İndiki dövlətlər | Azərbaycan Gürcüstan Rusiya | ||||||||
Tarix | |||||||||
- ən geci VII əsrin ortaları | Hökmdarlığın meydana çıxması | ||||||||
- 1008; 1010-1014/1015 | III Baqrat tərəfindən tutuldu | ||||||||
- ən geci 1032/1038-ci ildən | Kaxeti ilə birləşdi | ||||||||
- 1104 | Kaxeti IV David tərəfindən tutuldu | ||||||||
- 1117 | Kiş qalası IV David tərəfindən tutuldu | ||||||||
Hansı dövlətin ərazisində yaranmış və sonda ərazisi hansı dövlətin ərazisinə qatılmışdır: | |||||||||
← Qafqaz Albaniyası Gürcüstan çarlığı → Şirvanşahlar dövləti → Hülakülər dövləti → | |||||||||
Mənbələrdə ilk olaraq ərəblərin VII əsrin ortalarında Cənubi Qafqaza etdikləri yürüşlərindən bəhs edilərkən adı çəkilir. Gürcü mənbələrinə əsasən Şəkidə VIII əsrin ortalarında knyazlıq formalaşmış, IX əsrin əvvəlləri üçün bu çarlığa çevrilmişdir. “Albaniya tarixi”ndə isə Şəki hökmdarlığının mövcud olması ilk dəfə yalnız IХ əsrin ortaları üçün xatırlanır.
IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur. XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi.
XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. Bu gürcü mənbələrində “Hereti-Kaxeti”, yaxud “Kaxeti”, digər mənbələrdə isə əvvəlki kimi yenə də “Şəki” yaxud, “Albaniya”, adlanmış, hökmdarları isə artıq “ranların və kaxların çarı” titulunu daşımışdır.[8] Birləşməyə qədər isə Şəki hökmdarlarının titulu “ranların çarı”,[9] yəni “albanların çarı” olmuşdur. Birləşmə 1104-cü ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, birləşmiş dövlətin birinci hökmdarı Böyük Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər.
1117-ci ildə isə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoydu. Bundan sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına “ranların çarı”, yaxud “Şəki çarı” titulu da əlavə olundu.
1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu isə 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat çariça Tamaranın (1184-1213) dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü olmuş, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı vəzifəsini tutmuşdur.
XIII əsrin birinci rübündə Şəki ərazisi Şirvanşahlar dövlətinin, daha sonra – XIV əsrin əvvəllərində isə ayrıca vilayət kimi Hülakülər dövlətinin Azərbaycan adlı bölgəsinin tərkibində idi.[10] XIV əsrin son rübündə isə Şəkinin müstəqilliyi bərpa olunmuş, 1117-ci ildə ləğv edilmiş Şəki dövlətinin yerində Şəki hökmdarlığı meydana çıxmışdır.