Kiş (Şəki)
From Wikipedia, the free encyclopedia
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Kənd | |
Kiş | |
---|---|
41°15′00″ şm. e. 47°11′30″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.005 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7.100 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5516[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınmışdır[3].