İpək (komiks)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: İpək (dəqiqləşdirmə).
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir.
Cəld faktlar Nəşriyyat, Yayım tarixi ...
İpək | |
---|---|
ing. Silk | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
Kameo: "The Amazing Spider-Man" #1 (aprel 2014) Tam görünüş: "The Amazing Spider-Man" #4 (iyul 2014) |
Yaradıcı(lar) |
Den Slott Umberto Ramos |
Xüsusiyyətlər | |
Əsl adı | Sindi Mun |
Cinsiyyəti | qadın[d] |
Növü | insan mutatı |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri | Qoruyucular[1] |
Partnyorları |
Piter Parker / Hörümçək-adam Cessika Dryu / Hörümçək-qadın Felisiya Hardi / Qara pişik Maylz Morales / Araxnid uşaq |
Gücləri |
Usta əlbəyaxa döyüşçü Qeyri-insani güc, sürət, çeviklik, dözümlülük, reflekslər Tezsağalma faktoru Uzaq məsafəli prekoqnitiv hörümçək hissi Eydetik yaddaş Bir çox səthə dırmaşma Barmaqlarından güclü tor atma |
Bağla
İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir.