Qara pişik (komiks)
From Wikipedia, the free encyclopedia
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir.
Qara pişik | |
---|---|
ing. Black Cat | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "The Amazing Spider-Man" #194 (iyul 1979) |
Yaradıcı(lar) |
Marv Volfman Deyv Kokrum |
Xüsusiyyətlər | |
Əsl adı | Felisiya Hardi |
Doğum yeri |
|
Cinsiyyəti | qadın[d] |
Boyu | 1,6 m |
Çəkisi | 54 kq |
Göz rəngi | yaşıl[d] |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Muzdlu qəhrəmanlar Müdafiəçilər[1] Qara pişiyin dəstəsi[2] |
Partnyorları | Hörümçək-adam |
Ləqəbləri |
Felisiya Hermon Parti Hardi |
Gücləri |
Ehtimal manipulyasiyası Usta oğru Usta döyüş sənətçisi və əlbəyaxa döyüşçü Bacarıqlı gimnast Kontakt linzaları ilə müxtəlif məsafələri görmək Qamçı, iti caynaqlar və dırmaşma pitonlarından istifadə |
Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir.
Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur. "Heyranedici Hörümçək-adam 2" filmində Felisiti Cons Felisiya Hardini canlandırmışdır.[3] 22 mart 2017-ci ildə Sony Qara pişik və Gümüş samur personajlarından bəhs edən "Qara və Gümüş" filminin istehsal olunacağını açıqlamışdır. Filmin 8 fevral 2019-cu ildə buraxılması planlaşdırılır.[4]