Zlatan İbrahimoviç
İsveçli futbolçu / From Wikipedia, the free encyclopedia
Zlatan İbrahimoviç (isv. Zlatan Ibrahimović; 3 oktyabr 1981[1][2][…]) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Zlatan İbrahimoviç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isv. Zlatan Ibrahimović | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | İbra | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 3 oktyabr 1981(1981-10-03)[1][2][…] (42 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 195 sm [4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 95 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Milan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 11 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ildə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Paris Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.
İbrahimoviç 2001-ci ildə İsveçin 21 yaşadək milli komandasının heyətində oyunlara çıxıb. 2001-ci ildən İsveçin əsas milli komandasına dəvət olunur. Millinin heyətində 2004, 2008 və 2012-ci illərdə UEFA Avropa Kubokunda, 2002 və 2006-cı illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. İndiyə kimi 101 oyunda meydana çıxıb və 53 qol vurub. O, İsveç milli komandasında 100 oyun həddinə çatan on futbolçudan biridir.
İbrahimoviç həm klub karyerası ərzində, həm də milli komandanın heyətində müxtəlif qalmaqallarda iştirak edib. Zlatan İbrahimoviç həmçinin futboldan kənar fəaliyyətlərlə də məşğuldur. İsveçli model Helena Segerlə evlidir, iki övladı var.