Mançester Yunayted FK
İngiltərənin futbol klubu / From Wikipedia, the free encyclopedia
Mançester Yunayted (ing. Manchester United) — İngiltərə Premyer Liqasında Mançester şəhərini təmsil edən titullu ingilis futbol klublarından biridir. Ləqəbi "Qırmızı şeytanlar" olan bu futbol klubu 1878-ci ildə "Nyuton Hit" adı ilə təsis olunmuş, 1902-ci ildə adını "Mançester Yunayted" olaraq dəyişdirmişdir.[2] 1910-cu ildən etibarən öz ev oyunlarını Mançester şəhərində yerləşən Old Trafford stadionunda keçirir.
Mançester Yunayted FK | ||||
---|---|---|---|---|
Manchester United F.C. | ||||
Ölkə | ||||
Ləqəb(lər) | The Red Devils (Qırmızı Şeytanlar) | |||
Rəng(lər) | qırmızı, ağ, qara | |||
Yaranma tarixi | 1878 | |||
Stadionu | Old Traford (Cəhənnəmlər meydanı) | |||
Tutumu | 75,765 [1] | |||
Sahibi | Qlazer ailəsi | |||
Baş məşqçisi | Erik ten Haq | |||
Liqa | Premyer Liqa | |||
2022-2023 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Mançester Yunayted" indiyə qədər ingilis futbol klubları arasında ən çox titul qazanan klub kimi tarixə adını yazdırmışdır.[3] Klub 21 dəfə İngiltərə Premyer Liqasını, 12 dəfə İngiltərə Federasiya Kubokunu, 5 dəfə İngiltərə Liqa Kubokunu, rekord sayda — 21 dəfə İngiltərə Milli Futbol Superkubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə Qitələrarası kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Kubokunu qazanmışdır. 1998–99 mövsümündə klub Avropada qızıl het-trik gerçəkləşdirən ilk ingilis klubu kimi futbol tarixinə keçmişdir.[4] 2016–17 mövsümündə UEFA Avropa Liqasını qazanmaqla UEFA tərəfindən təşkil olunan hər üç turnirdə çempion olan beş klubdan biri və mümkün olan bütün titulları qazanan yeganə ingilis klubu olmuşdur.Yunayted həmçinin XX (20-ci) əsrin ən uğurlu 2 klubundan biridir. [5]
1958-ci ildə Münhen şəhərində baş vermiş aviafaciə nəticəsində klubun yalnız səkkiz futbolçusu sağ qalmışdır. Buna baxmayaraq, 1968-ci ildə Mett Basbinin rəhbərliyi altında çıxış edən "Mançester Yunayted" Avropa kubokunu qazanan ilk ingilis klubu olmuşdur. Aleks Ferqyuson 1986–2013-cü illər aralığında 13 dəfə İngiltərə Premyer Liqası, 5 dəfə İngiltərə Federasiya Kuboku və 2 dəfə UEFA Çempionlar Liqası da daxil olmaqla baş məşqçi kimi bu klubla birlikdə 38 titul qazanmışdır.[6][7][8]
"Mançester Yunayted" 2016–17 mövsümündə illik 676.3 milyon avroluq gəliri ilə dünyanın ən gəlirli futbol klubu olmuş[9] və 2018-ci ildə 3.1 milyard funt-sterlinq dəyərlə dünyanın ən dəyərli futbol klubu seçilmişdir.[10] Hal hazırda klubun ümumi dəyəri 5 milyarddan çoxdur. Həmçinin azərkeşlərinin sayına görə dünyanın ən çox sevilən klubudur. Azerkeşlərin sayı isə 1 milyarda yaxındır. Çox hissəsi Amerika və Asiya zonasındandır. Klubun səhmləri 2005-ci ilin may ayında London fond birjasında Malkolm Qleyzer tərəfindən təqribən 800 milyon funt-sterlinq qarşılığında satın alınmışdır. "Mançester Yunayted" dünyada ən çox azarkeşə sahib olan klublardan biridir. Bu klubun əsas rəqibləri "Mançester Siti", "Arsenal", Liverpul, "Lids Yunayted" futbol klublarıdır.