UEFA Çempionlar Liqası
Avropa futbol klub turniri / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).
Açılış ili | 1955 |
---|---|
Komandaların sayı |
32 (qrup mərhələsi) 78 və ya 79 (toplam) |
Son çempion |
Mançester Siti (1-ci dəfə) |
Ən uğurlu klub |
Real Madrid (14 dəfə) |
TV yayımçıları |
CBC Sport İctimai TV |
Cari mövsüm | |
← 2022–23 2024–25 → |
UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı. 2012–2018-ci illərdə AzTV və İdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə CBC Sport, 14 fevral 2023-cü ildən etibarən isə İctimai Televiziya tərəfindən yayımlanır.