Vəftizçi İohann
From Wikipedia, the free encyclopedia
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان Yuhanna Al-Ma'madan,[6] arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes)[7][8][9][10][11] - səyyar vaiz[12], Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik[13] və Mandayizmdə əsas dini obrazlarından biridir.[14]
Müqəddəs Vəftizçi İohann (Yəhya peyğəmbər) | |
---|---|
ivr. יוחנן המטביל | |
| |
Rütbə | Peyğəmbər, Şəhid, Müqəddəs |
Doğum tarixi | e.ə. I əsr (ehtimal ki, e.ə. 6-2-ci illər) |
Doğum yeri | |
Vəfat tarixi | b.e. 36 – cı il[2][3][4][5] (38 – 42 yaş) |
Vəfat yeri | Yerusəlim |
Qeyd edilir |
Assur Şərq Kilsəsi Roma-Katolik Kilsəsi Şərqi Provaslav Kilsəsi Şərqi Katolik Kilsəsi Anqlikan kilsəsi Lüteran Kilsəsi İslam Mandeizm |
Əsas məbədi | Müqəddəs Vəftizçi İohann kilsəsi |
Xatirə günü |
14 aprel doğum günü 29 avqust öldürülməsi günü, 7 yanvar pravoslavlıqda 2 Tout İskəndəriyyə Provaslav Kilsəsi |
Himayədar |
Fransız Kanadası Nyufaundlend və Labrador Puerto-Riko Hospitalier Cəngavərləri Florensiya Turin Portu Genuya İordaniya Xevkija və bir çox başqa ərazilər |
Rəmzləri | xaç, quzu, dəvə dərisindən mantiya |
Vikianbarda əlaqəli mediafayllar |
İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir.[15] Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər.[16][17] Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər[18][19][20], bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir.[21] Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur.
Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi[22] və İsa özü onun yanına gəlmişdi.[23] İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər. İohann həm də İlyas peyğəmbərlə eyniləşdirilir.