Tərtər rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Tərtər rayonu (əvvəlki adı: Mirbəşir rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Sovet dövründə adı Mirbəşir olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır.[3]
Bu məqalə Tərtər rayonu haqqındadır. Tərtər şəhəri üçün Tərtər səhifəsinə baxın. |
Rayon | |
Tərtər | |
---|---|
| |
40°20′17″ şm. e. 46°54′49″ ş. u. |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Tərtər |
İcra başçısı | Müstəqim Məmmədov (2015) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1024[1] km² |
Hündürlük | 237 m |
Əhalisi | |
Əhalisi | 117.200 [2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-TAR |
Telefon kodu | 994 22 |
Poçt indeksi | AZ 5900 |
Avtomobil nömrəsi | 59 |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 957 km², əhalisi 102,500 min nəfərdir (01.01.2016). Mərkəzi Tərtər şəhəridir.
Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.
Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçınçay axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Qarabağ iqtisadi rayonuna daxildir.
Tərtər rayonunun əvvəllər ərazisi 412 km² olmuşdur. Rayonun əvvəllər 1 şəhəri Tərtər şəhəri 52 kəndi bunlardır Ağkənd, Alışarlı, Aşağı Qapanlı, Azad Qaraqoyunlu, Bala Kəngərli, Bayandur, Bayandurlu, Bəyimsarov, Bildirçinli, Borsunlu, Buruc, Cəmilli, Dəmirçilər, Düyərli, Evoğlu, Ələsgərli, Əskipara, Güləbatlı, Hacallı, Hacıqərvənd, Hüsənli, Xoruzlu, İlxıçılar, İrəvanlı, İsmayılbəyli, Kəbirli, Kəngərli, Köçərli, Kövdadıq, Qapanlı, Qaraağacı, Qaradağlı, Qaynaq, Qazyan, Mamırlı, Poladlı, Rəcəbli, Sarıcalı, Sarov, Seydimli, Səhləbad, Soyulan, Təzəkənd, Umudlu, Urus talası, Yenikənd, Yuxarı Qapanlı, Yuxarı Qaradağlı, Yuxarı Sarıcalı, Zolgəran kəndləri olub. 2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtərin Qırmızı Saqqallar, Qazaxlar, Talış kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi. Sonralar isə Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 26 kəndi, 1 şəhəri Ağdərə şəhəri və 1 qəsəbəsi Şıxarx, yəni 548 km² ərazisi Tərtər rayonunun inzibati ərazi vahidinə daxil edilmişdir.
Ağdərə rayonundan Tərtər rayonuna verilmiş 28 yaşayış məntəqəsindən Şıxarx qəsəbəsi, Həsənqaya, Qızıloba kəndləri Azərbaycanın nəzarətində idi. 2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq 1 şəhəri 21 kəndi isə Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Oratağ, Canyataq, Çardaqlı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül, Göyarx, Gülyataq, Kiçik Qarabəy, Qasapet, Lüləsaz, Meqrelalay, Ortakənd, Seysulan, Təpəkənd, Ulu Qarabəy, Umudlu, Yarımca, Zəylik kəndləri 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.