Ağdərə
Azərbaycanda şəhər / From Wikipedia, the free encyclopedia
Ağdərə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər,[2] Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[3] 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
Şəhər | |
Ağdərə | |
---|---|
40°12′55″ şm. e. 46°48′46″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 453 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 246 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 59 |
Vikianbarda əlaqəli mediafayllar |