Səhl ibn Sunbat
From Wikipedia, the free encyclopedia
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə[4] şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır.[5] 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra [6] Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi.[7]
Səhl ibn Sunbat | |
---|---|
erm. Սահլ Սմբատյան | |
822 – 854 | |
Əvvəlki | II Varaz Trdat[3] |
Sonrakı | Hovannes |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | 855-dən sonra |
Uşaqları | Hovannes, Atrnerseh, Müaviyə |
Dini | xristianlıq |
Ərməniyyə patriki (bəzi ərəb müəlliflərinə görə)
Albaniya çarı (Musa Kalankatlıya görə)
Xaçın knyazı (822-854)
Şəki knyazı (835-854)
Arran hakimi (835-?)
Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir.
Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi.