Steins;Gate Elite
From Wikipedia, the free encyclopedia
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto?) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur.
Steins;Gate Elite | |
---|---|
Yayımlayanlar | Spike Chunsoft |
Buraxılış tarixləri | 20 sentyabr 2018, 19 fevral 2019 |
Janr | vizual roman |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, PlayStation 4, PlayStation Vita[d], Nintendo Switch[d], iOS |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], yapon dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı Rəsmi saytı |
Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir.