Steins;Gate
From Wikipedia, the free encyclopedia
Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto?, azərb. Şteyns darvazası) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə,[2] PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır.[3] Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar).[4][5][6][7][8] PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır.[9] Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi 9 sentyabr 2016-cı ildə buraxılmışdır.[10]
Stein;Gate | |
---|---|
| |
Hazırlayan |
5pb. Nitroplus |
Yayımlayan |
5pb. JAST USA (PC) Nitroplus (PC) / (PS3, PSV) Kadokawa Shoten |
Seriya | Science Adventure |
Buraxılış tarixləri | 15 oktyabr 2009 |
Janr | vizual roman |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation Vita[d], PlayStation 3, Microsoft Windows[1], Android, iOS, PlayStation 4 |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], yapon dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun manqa adaptasiyası Saraçi Yomi tərəfindən hazırlanmış və 26 sentyabr 2009-cu ildə "Media Factory"-nin "Monthly Comic Alive" manqa jurnalında nəşr olunmağa başlanmışdır. Kenci Mizuta tərəfindən çəkilmiş ikinci manqa seriyasının serializasiyasına 28 dekabr 2009-cu ildə "Mag Garden"-in "Monthly Comic Blade" jurnalında başlanılmışdır. Manqa Amerikada Udon Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Oyunun White Fox studiyası tərəfindən istehsal olunmuş anime adaptasiyası 6 avqust 2011-ci ildən 14 sentyabr 2011-ci ilə qədər Yaponiyada göstərilmişdir və Funimation Entertainment tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tammetrajlı anime isə Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır.[11][12] Oyunun fan diski — "Steins;Gate: Hiyoku Renri no Darling" 6 iyun 2011-ci ildə satışa buraxılmışdır. Bu oyunun 8-bitlik davam oyunu "Steins;Gate: Hen'i Kuukan no Octet" 28 oktyabr 2011-ci ildə yayımlanmışdır.[13] Digər oyunlar — "Steins;Gate Kōsoku no Phenogram" 25 aprel 2013-cü ildə,[14] "Steins;Gate 0" (PS3, PS4 və PS Vita üçün) 10 dekabr 2015-ci ildə yayımlanmışdır.[15][16]