Salman Mümtaz
From Wikipedia, the free encyclopedia
Salman Mümtaz[qeyd 1] (azərb. Salman Məmmədəmin oğlu Əsgərov; 20 may 1884[1], Nuxa – 6 sentyabr 1941[1], Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı,[2] 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,[3] SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).
Salman Mümtaz | |
---|---|
Salman Məmmədəmin oğlu Əsgərov | |
Doğum tarixi | 20 may 1884(1884-05-20)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1941(1941-09-06)[1] (57 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
İş yerləri | SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu |
Tanınır | şair, ədəbiyyatşünas, publisist, mətnşünas və biblioqraf; Azərbaycan klassik ədəbiyyatı əsərlərinin və Azərbaycan aşıq poeziyası nümunələrinin naşiri; orta əsr əlyazmalarının kolleksiyaçısı; bir sıra Azərbaycan klassiklərinin elmi-tənqidi mətnlərinin müəllifi |
Vikianbarda əlaqəli mediafayllar |
Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.[4]
Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir.[2] Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.