Mirzə Şəfi Vazeh
From Wikipedia, the free encyclopedia
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح; 1794[1], Gəncə – 16 noyabr 1852 və ya 1852[1], Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı.[⇨]
Mirzə Şəfi Vazeh | |
---|---|
Doğum adı | Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu Vazeh |
Təxəllüsü | Vazeh |
Doğum tarixi | 1794[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1852(1852-11-16) və ya 1852[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | şair, xəttat, yazıçı, pedaqoq, müəllim |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili |
Janrlar | şeir, şeir |
Mirzə Şəfi Vazeh Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatın nəşəsidi, amma bəzi şeirlərində Mirzə Şəfi feodal cəmiyyətinin eyiblərini göstərir, köləlik şəxsiyyətlik və dini fanatizmin əleyhinə çıxış edir.[⇨]
Vazehdən şərq dilləri dərsini alan alman şairi Fridrix Bodenştedt "Şərqdə min bir gün" (1850) kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirmişdir. Sonradan Bodenştedtin "Mirzə Şəfi nəğmələri" (1851) adlı kitabı işıq üzü gördü. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilmişdir. Baxmayaraq ki, sonradan Bodenştedt Vazehin şeirlərini özünkü kimi qələmə verməyə başladı, saxlanılan fars və Azərbaycan dillərində olan orijinal vərəqlər Mirzə Şəfinin müəllifliyini sübut etdi.[⇨]