Niyazi Xoca
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı liderlərindən biri / From Wikipedia, the free encyclopedia
Niyazi Xoca, Hacı Niyazi Xoca — (uyğ. خوجا نىياز ھاجى) Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı liderlərindən biri olmuş, Sintszyanda əvvəl Çin qubernatoru Szin Şurenə, ardınca hərbi rəis huey Ma Çunqa qarşı Kumul xanlığında bir neçə üsyana rəhbərlik etmişdir. Çin Xalq Respublikasının hazır ki, Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində 1933-cü ilin noyabrından 1934-cü ildəki süqutuna qədər Şərqi Türkistan İslam Respublikasının ilk və yeganə prezidenti olmuşdur.
Cəld faktlar Hacı Niyazi Xoca, Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti ...
Hacı Niyazi Xoca | |
---|---|
uyğ. Xoja Niyaz Haji | |
Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti | |
1933 – 1934 | |
Əvvəlki | Vəzifə ləğv edilib |
Sonrakı | Vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Birbaşa idarə olunan Xamis komissarlığında |
Vəfat tarixi | |
Vəfat yeri | Urumçi, Sintszyan, Çin Respublikası |
Dəfn yeri | Urumçi |
Milliyyəti | uyğur |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla