Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin]
| Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
| Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
|
Cəld faktlar Ümumi sayı, Yaşadığı ərazilər ...
Bağla
Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.