Şərqi Türküstan İslam Respublikası
tarixi uyğur dövləti / From Wikipedia, the free encyclopedia
Şərqi Türküstan İslam Respublikası və ya Birinci Şərqi Türk İslam Respublikası (uyğ. شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى, Шәрқий Түркистан Ислам Җумхурийити, Sherqiy Türküstan Islam Jumhuriyiti), yaxud Uyğurıstan Respublikası — 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda, Çində vətəndaş müharibəsi zamanı yaradılmış qısa müddətli dövlət quruluşu. Uyğurların milli və islami birlikləri dövlətin qurulmasında aparıcı rol oynasa da, dövlətin əhalisi çoxmillətli idi və həm hökumətdə, həm də əhali arasında qazaxlar, qırğızlar və digər türk xalqlarının nümayəndələri çoxluq təşkil edirdi.
İslam respublikası | |||||
Şərqi Türküstan İslam Respublikası | |||||
---|---|---|---|---|---|
Şərqi Türküstan İslam Respublikası | |||||
|
|||||
|
|||||
Paytaxt | Qaşqar | ||||
Dilləri | Uyğur dili | ||||
Rəsmi dilləri | uyğur | ||||
Dövlət dini | islam | ||||
Ərazisi | 1,4 mln kv. | ||||
Əhalisi | uyğurlar, dunqanlar, qırğızlar | ||||
İdarəetmə forması | İslam Respublikası | ||||
Prezident | |||||
• 1933-1934 | Niyazi Xoca | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir.
Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axunun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı.
İlk Uyğur respublikasının müstəqil mövcudluğu on il sonra İkinci Şərqi Türküstan Respublikasının yaradılması və müasir uyğurların müstəqil Şərqi Türküstan yaratmaq planlarında mənəvi dəstək üçün ən yaxşı nümunə olmuşdur.