Minako Oba
From Wikipedia, the free encyclopedia
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930[1][2], Tokio prefekturası[d] – 24 may 2007[3][1][…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb.[4]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Minako Oba | |
---|---|
yap. 大庭みな子 | |
Doğum tarixi | 11 noyabr 1930(1930-11-11)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 may 2007(2007-05-24)[3][1][…] (76 yaşında) |
Fəaliyyəti | tərcüməçi, roman yazıçısı, yazıçı, şair, ədəbiyyat tənqidçisi |
Fəaliyyət illəri | 1968-ci ildən |
Janr | hekayə |
Bağla
Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib.[4]