Ədəbi tənqid
From Wikipedia, the free encyclopedia
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir.