Maykl Essyen
From Wikipedia, the free encyclopedia
Maykl Koyo Essyen (ing. Michael Kojo Essien; 3 dekabr 1982[1][2], Akkra) — Danimar Superliqası təmsilçilərindən olan "Norşellan" klubunda forma geyinən peşəkar yarımmüdafiəçi. O, həmçinin Qana milli futbol komandasında 50-dən çox qolun müəllifidir.
Maykl Essyen | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Michael Kojo Essien | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Maykl Koyo Essyen | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (41 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Akkra, Qana | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Essyen karyerasına Qanadakı Liberti FK ilə başlamışdır. 2000-ci ildə, Bastiya FK üçün Fransaya köçmüş və burada üç mövsüm rəqabət aparmışdır. 2003-cü ildə Olimpik Lion FK-ya qatılmış və 70-dən çox qolun müəllifi olmuşdur. 2004-2005-ci illərdə Liqa 1-də ilin oyunçusu seçildi. Fransadakı beş illik fəaliyyəti dövründə Fransa vətəndaşlığını almışdır. Lakin 2005-ci ildə 24.4 milyon funt sterlinq ödəniş ilə İngiltərə Premyer Liqasının ən güclü komandalarından biri olan Çelsi FK ilə müqavilə bağlamış və ən bahalı afrikalı futbolçu adını qazanmışdır. Essyen Çelsi FK-ya 2006 və 2010-cu illərdə Premyer Liqada birinci yeri tutmasına kömək etmişdir. 2012-ci ildə komanda UEFA Çempionlar Liqasında qələbə çalmış oldu. 2006-07 və 2008-09 mövsümlərində iki dəfə Çelsi Sezon Qolu mükafatına layiq görülmüşdür.
Essyen öz ölkəsini bir çox beynəlxalq yarışlarda təmsil etmiş və Qana milli futbol komandasında 15 ilə yaxın yarımmüdafiəçi mövqeyində rəqabət aparmış və ümümilikdə 71 qolun müəllifi olmuşdur. Gənclər səviyyəsində, 1999 FİFA U-17 Dünya Çempionatında və 2001 FİFA Dünya Gənclər Çempionatında da ölkəsini təmsil etmişdir. Essyen, 2002-ci ilin yanvarında Qana Millisinə keçid etmiş və komanda Afrika Millətlər Kubokunda təqdirəlayiq nailiyyətlər əldə etmişdir. Essyen 2006 və 2014 FİFA Dünya Kuboklarında da Qananı təmsil etmişdir.