Martin Lüter Kinq
From Wikipedia, the free encyclopedia
Martin Lüter Kinq (ing. Martin Luther King, Jr.; 15 yanvar 1929[1][2][…], Atlanta[1] – 4 aprel 1968[1][2][…], Memfis, Tennessi[1]) — 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist. Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır.
Martin Lüter Kinq | |
---|---|
ing. Martin Luther King Jr. | |
Şəxsi məlumatlar | |
Doğum adı | Michael King Jr. |
Doğum tarixi | 15 yanvar 1929(1929-01-15)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 1968(1968-04-04)[1][2][…] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Təhsili |
|
Fəaliyyəti | hüquq müdafiəçisi, ilahiyyatçı, vaiz[d], din xadimi[d], yazıçı, pastor[d], pasifist, humanist, insan hüquqları fəalı, sülh aktivisti, siyasətçi |
Dini | Baptizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | rasizm[3], Seqreqasiya[3], siyasət[3], publisistika[3] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
thekingcenter.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Kinq 1955-ci ildə həyata keçirilmiş Montqomeri avtobus boykotunu təşkil etmiş və 1957-ci ildə Cənub Xristianları Liderlik Konfransının ilk prezidenti olmuşdur. Bu təşkilat ilə 1962-ci ildə Corciyanın Albani şəhərində irqi ayrı seçkiliyə qarşı uğursuz mübarizə təşkil etmişdir. 1963-cü il dinc Birminqem etirazlarının təşkilinə kömək etmişdir. 1963-cü il Vaşinqtona yürüşün təşkilatçılarından biri olmuş və orada özünün məşhur "Mənim bir arzum var" nitqini demişdir.
14 oktyabr 1964-cü ildə Kinq irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatını qazanmışdır. 1965-ci ildə Selmadan Montqomeriyə yürüşün təşkilinə kömək etmişdir. Növbəti il, o və təşkilatı hərəkatı şimala — Çikaqoya doğru yönləndirmişdir. Bu illərdə daha çox kasıblığa və Vyetnam müharibəsinə qarşı mübarizəyə fokuslanmışdır. 1967-ci ildə Vyetnam müharibə ilə bağlı etdiyi çıxışdan sonra liberal müttəfiqlərinin əksəriyyəti ilə münasibətləri pozulmuşdu. FTB uzun müddət onun kommunist əlaqələrinin olub-olmamasını araşdırmış və tapa bildikləri bütün informasiyaları hökumətə təqdim etmişdir.
1968-ci ildə "Kasıb xalqın kompaniyası" adını verdiyi və Vaşinqtonu lərzəyə gətirməyi planlayarkən, 4 aprel tarixində Tennessi ştatındakı Memfis şəhərində qətlə yetirilmişdir. Onun qətli ABŞ-nin bir çox şəhərlərində çıxışlara və toqquşmalara səbəb olmuşdu. İddia olunur ki, Kinqin təqsiri sübuta yetirilmiş qatili Ceyms Örl Rey hökumət agentləri ilə əlbir olmuş və onların diktəsi ilə hərəkət etmişdir. Kinqi qətlə yetirdiyinə görə, 99 il həbsə məhrum edilmiş qatil 29 il həbsdə qaldıqdan sonra 1998-ci ildə hepatit xəstəliyindən xəstəxanada vəfat etmişdir. Onun həbs edilərkən 41 yaşı var idi.
Kinq ölümündən sonra "Prezident Azadlıq" medalı və "Konqres Qızıl" medalı ilə mükafatlandırılmışdır. 1971-ci ildən sonra ABŞ-nin müxtəlif şəhər və ştatlarında Martin Lüter Kinq günləri elan edilmiş və bu günlər tətil kimi qəbul edilmişdir. 1986-cı ildə Ronald Reyqanın imzaladığı qanunla bu federal səviyyəyə daşınmışdır. ABŞ-də onun şərəfinə adlandırılmış yüzlərlə küçə var. Vaşinqton şəhərinin bir hissəsinə onun adı verilmişdir. 2011-ci ildə Milli Mallda Martin Lüter Kinq Memorialının açılışı olmuşdur.