Vyetnam müharibəsi
Şimali Vyetnam və Cənubi Vyetnam arasında Vyetnam, Laos və Kambocada silahlı münaqişə / From Wikipedia, the free encyclopedia
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü[1] - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur.
Vyetnam müharibəsi vyet. Chiến tranh Việt Nam | |||
---|---|---|---|
Birinci Hindçin müharibəsi, İkinci Hindçin müharibəsi, Soyuq müharibə | |||
Tarix |
1 noyabr 1955 - 30 aprel 1975 (19 il, 5 ay, 4 həftə, 1 gün) |
||
Yeri | Hind-Çin yarımadasında yerləşən Cənubi Vyetnam, Şimali Vyetnam, Kamboca Krallığı, Laos Krallığı, Cənubi Çin dənizi, Siam körfəzi | ||
Nəticəsi |
Şimali Vyetnam və Milli Azadlıq Cəbhəsinin qələbəsi:
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir.
1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.