Ləman Əlimuradova
Azərbaycan bədii gimnastı / From Wikipedia, the free encyclopedia
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004[1], Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast,[2] idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Ləman Əlimuradova | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ləman Osman qızı Əlimuradova | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 noyabr 2004(2004-11-29)[1] (19 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Boyu | 152 sm. (5 ft 0 in) | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2018— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
Mariana Vasileva Siyana Vasileva Kamil Quliyev (xoreoqraf) |
|||||||||||||||||||||||||||||||||||||
İdman dərəcəsi | İdman ustası | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə[lower-alpha 1] baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Ləman Əlimuradova həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva[lower-alpha 2], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.