Darya Sorokina
Azərbaycan bədii gimnastı / From Wikipedia, the free encyclopedia
Darya Romanovna Sorokina (29 noyabr 2002[1], Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast[2], idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Darya Sorokina | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Darya Roman qızı Sorokina | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 noyabr 2002(2002-11-29)[1] (21 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2015— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
Mariana Vasileva Siyana Vasileva Kamil Quliyev (xoreoqraf) |
|||||||||||||||||||||||||||||||||||||
İdman dərəcəsi | İdman ustası | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə[lower-alpha 1] baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva[lower-alpha 2], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.