Kumul üsyanı
Uyğur üsyanı / From Wikipedia, the free encyclopedia
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi.
Kumul üsyanı | |||
---|---|---|---|
Çin vətəndaş müharibəsi | |||
| |||
Tarix | 1931-1934 | ||
Yeri | Sintszyan-Uyğur Muxtar Rayonu, Çin Respublikası | ||
Səbəbi | Çin hökumətinin repressiv siyasəti, çinlilərin immiqrasiyası | ||
Nəticəsi | Üsyanın yatırılması, Sen Sitsainin hökuməti tərəfindən idarə olunan ərazidə Sincanın müstəqilliyinin elan edilməsi (80%) | ||
Ərazi dəyişikliyi | Şərqi Türkistan İslam Respublikasının yaradılması və ləğvi Şen Şitsai faktiki müstəqil bir dövlətin başçısı olur | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi. Müxtəlif qruplar əvvəl bir olsa da, sonradan parçalanmalar baş verdi (bəziləri hətta bir-biri ilə döyüşürdü). Sincan hökumətinə qarşı müharibənin əsas hissəsinə Ma Çonq rəhbərlik edirdi. O, Çinin baş naziri Çan Kayşi tərəfindən dəstəklənirdi və gizli şəkildə Manın Sincanı almasına da icazə vermişdi.
Uyğur üsyançılarının isə çıxışları əvvəlcə hüquqların bərpası uğrunda başlasa da, sonradan cədidizm cərəyanının təsiri ilə müstəqillik uğrunda savaşa çevrildi. Uyğur üsyançıları tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türkistan İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir.
Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradılır. Üsyan kiçik toqquşmalarla davam etsə də, əslində bu hadisə ilə məğlubiyyət yaşayır.