Hesablama iqtisadiyyatı
komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi / From Wikipedia, the free encyclopedia
Hesablama iqtisadiyyatı — komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi.[1] Bu mövzu iqtisadi sistemlərin hesablama modelləşdirməsini, istər agent əsaslı,[2] istər ümumi tarazlıq,[3] istər makroiqtisadi,[4] istərsə də rasional gözləntilər,[5] hesablama ekonometrikası və statistikası, hesablama maliyyəsi,[6] avtomatlaşdırılmış internet bazarlarının dizaynı üçün hesablama vasitələri, hesablama iqtisadiyyatı üçün xüsusi hazırlanmış proqramlaşdırma vasitəsini və hesablama iqtisadiyyatının tədrisi əhatə edir. Bu sahələrin bəziləri unikaldır, digərləri isə ənənəvi iqtisadiyyat sahələrini kompüterlər və əlaqəli riyazi metodlar olmadan tədqiq etməsi çətin olan problemləri həll edərək genişləndirir.[7]
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Hesablama iqtisadiyyatı analitik və statistik olaraq formullaşdırılmış iqtisadi problemlərin həlli üçün komputer əsaslı iqtisadi modellərdən istifadə edir. BU məqsədlə araşdırma proqramı qarşılıqlı əlaqəli agentlərin dinamik sistemləri kimi bütöv iqtisadiyyatlar da daxil olmaqla, iqtisadi proseslərin hesablamalı tədqiqi olan agent əsaslı hesablama iqtisadiyyatıdır (AƏHİ).[8] Əslində, bu kompleks adaptiv sistem paradiqmasının iqtisadi adaptasiyasıdır.[9] Burada agentdən nəzərdə tutulan real insanlar yox, "qaydalara uyğun qarşılıqlı əlaqədə olan, modelləşdirilmiş komputer obyektləridir".[2] Agentlər sosial, bioloji və/və ya fiziki varlıqları təmsil edə bilər. Müvazinətdə agentlər tərəfindən riyazi optimallaşdırmanın nəzəri ehtimalı oyunlar nəzəriyyəsinin kontekstləri də daxil olmaqla, bazar qüvvələrinə[10] adaptasiya olan məhdud rasionallıqlı agentlərin daha az məhdudlaşdırıcı postulatı ilə əvəz olunur.[11] Şərtləri əvvəlcədən modelçi tərəfindən təyin olunan AƏHi modeli sadəcə agentin qarşılıqlı təsirdə olduğu zaman müddətində irəli doğru inkişaf edir. Bu metodun elmi məqsədi "nəzəri tapıntıları real dünyanın verilənlərinə qarşı empirik olaraq dəstəklənən nəzəriyyələrin zamanla toplanmasına şərait yaradacaq şəkildə test etməkdir".[12]
Komputerli həll alətlərinə müxtəlif matris əməliyyatlarını (misal üçün matris inversiyası) həyata keçirmək və xətti və qeyri-xətti tənlikləri həll etmək üçün olan proqram təminatı misal göstərilə bilər. ACM Transactions on Economics and Computation,[13] Computational Economics,[1] Journal of Applied Econometrics,[14] Journal of Economic Dynamics and Control[15] və Journal of Economic Interaction and Coordination kimi jurnallar hesablama iqtisadiyyatı sahəsində ixtisaslaşıb.[16]