Davranış iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir.[1]
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir.[2][3] Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var:[4]
- Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir.
- Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır.
- Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir.
2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ".[5] 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı.[6].Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü.[7][8]