Beynəlxalq iqtisadiyyat
Dövlətlərarası iqtisadiyyat / From Wikipedia, the free encyclopedia
Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir.
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir[1].
BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır:
- Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir;
- Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar;
- Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.
BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan[2], beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir.[3]