Cənubi ABŞ
From Wikipedia, the free encyclopedia
Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən Arizona və Nyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildə[2] Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir.[3][4][5] Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi.[6][7] Delaver və Merilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər.[8][9][10][11][12] Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi.
Adətən Cənuba ABŞ-nin cənub-şərqi və cənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilis və Fransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.[13]