Hindilər
Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı / From Wikipedia, the free encyclopedia
Hindilər[1][2] (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin,[1] Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı.[3] Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar. Kanada yerliləri (Aboriginal peoples) adı Kanadada yaşayan eskimosları, aleutları (inuit), hindiləri (First Nations) və metisləri ümumilikdə xarakterizə etmək üçün istifadə edilir. Olmeklər və mayyalılar kimi Mərkəzi Amerika hindiləri kəşfdən əvvəl qarğıdalı əkinçiliyi ilə, keçuvalar və aymaralar kimi Cənubi Amerika hindiləri isə kartof əkinçiliyi ilə məşğul olmuşdurlar. Amerikanın kəşfinə qədər onlardan yalnız üç xalq ibtidai icma quruluşundan çıxmış və dövlət qurmuşdu: mayyalılar, asteklər və inklər.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |