Battle Angel (OVA)
From Wikipedia, the free encyclopedia
Battle Angel (azərb. Döyüş mələyi) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu?, azərb. Silah yuxusu) – Yukito Kişironun "Battle Angel Alita" manqası əsasında çəkilmiş anime OVA-sı. 1993-cü ildə çəkilmiş, "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA manqaya giriş xarakteri daşıyır. OVA orijinal manqanın I və II cildlərinin adaptasiyasıdır və xeyli fərqlər var. Manqa müəllifi Kişiro manqa ilə məşğul olduğunu və anime ilə ciddi maraqlanmadığını bildirmişdir. Onun yeni anime adaptasiyası çəkmək planları yoxdur.[1] 21 dekabr 2018-ci ildə böyük büdcəli Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır.
Battle Angel | |
Üzlük. | |
銃夢 (Gunmu) azərb. Döyüş mələyi | |
---|---|
Janr | kiberpank, postapokaliptika |
Anime | |
Rejissor | Hiroşi Fukutomi |
Bəstəkar | Kaoru Vada |
Studiya | Madhouse |
Digər lisenziyalar | ADV Films Manga Entertainment |
Buraxılış tarixi | 21 iyun 1993 – 21 avqust 1993 |
Vaxt | 30 dəq. |
Seriyalar | 2 |
Anime və manqa portalı |
OVA yaddaqalan saundtreki və "Cyborg Mermaid" mahnısı ilə xatırlanır. Yaponiyada kifayət qədər maraq əldə etməsə də, ABŞ-də tənqidçilər OVA-nı 1990-cı illərdə ingilis dilinə tərcümə edilmiş ən yaxşı animelərdən biri hesab edir. OVA ADV Films tərəfindən Şimali Amerika üçün, Manga Entertainment tərəfindən Avstraliya və Yeni Zelandiya regionu üçün lisenziyalaşdırılmışdır. Manga Entertainment iki seriyanı tək film şəklində buraxmışdır.