Battle Angel Alita
From Wikipedia, the free encyclopedia
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu?, azərb. Silah yuxusu) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır.
Battle Angel Alita | |
Birinci cildin üzlüyü. Personaj: Alita. | |
銃夢 (Ganmu) azərb. Döyüş mələyi Alita | |
---|---|
Janr | kiberpank, postapokaliptika, macəra |
Manqa | |
Manqaka | Yukito Kişiro |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Business Jump |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 15 dekabr 1990 – 1 aprel 1995 |
Cildlər | 9 (cild siyahısı) |
Fəsil sayı | 53 |
OVA | |
Spin-off və sikvellər | |
| |
Videooyun | |
Bədii film | |
Anime və manqa portalı |
Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir. Manqa seriyası Alitanın keçmişini kəşf etmə cəhdlərindən və bu yolda qarşılaşdığı personajlardan bəhs edir. Manqa üçün "Battle Angel Alita: Last Order" və "Battle Angel Alita: Mars Chronicle" adlı sikvellər də istehsal olunmuşdur.