Azərbaycan cazı
From Wikipedia, the free encyclopedia
Azərbaycan cazı — caz musiqisinin qollarından biri. Bu janr Sovet İttifaqının teleoloji rəsmi siyasəti nəticəsində kök saldı və zaman keçdikcə, Azərbaycan xalq musiqisi və muğam harmoniyası ilə birləşdirərək ifa etməsi nəticəsində yerli Azərbaycan mədəniyyətində öz yerini tutdu.[1]
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Azərbaycanın müasir mədəniyyət məkanında yayılmış iki növ caz vardır.[1] Biri, Qərb cazına bənzəyən lakin yerli muğam çalarlarının da əlavə edildiyi klassik hökumət dəstəkli cazdır.[1] Digəri isə caz harmoniyalarından istifadə edilərək Bakının dəbdəbəli restoranlarında ifa edilən və pop mahnılarını xatırladan cazın stilizasiyasıdır.[1] Əvvəldən etibarən, Azərbaycan cazı rəsmi hakimiyyət tərəfindən yaradılmış və məşhurlaşdırılmışdır.[1] Həmçinin, bu caz müstəqil respublikanın milli ideologiyasına daxil edilib və hələ də edilməkdədir.[1] Azərbaycan cazının fərqləndirilməsi ilə yanaşı, bu fakt hökumət və vətəndaşlar arasında qarşılıqlı əlaqədə də, gündəlik həyatın milli ideologiyaya nüfuzu prosesində də müzakirələrə səbəb olur.[1]
1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. 2000-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.