Xarıbülbül Musiqi Festivalı
festival / From Wikipedia, the free encyclopedia
Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib.[1] Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir.[2] Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir.[3] Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir.[4] Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.[5]
"Xarıbülbül" musiqi festivalı | |
---|---|
"Xarıbülbül" beynəlxalq musiqi festivalı | |
Janrlar | Folklor və milli musiqi |
Tarix | May |
Yer | Ağcabədi, Ağdam, Bərdə, Şuşa |
Keçirildiyi illər |
1989–1991 2021 2022 2023 2024 |
Təsisçi | Azərbaycan SSR Mədəniyyət Nazirliyi |
Təşkilatçı | Heydər Əliyev fondu |
Vikianbarda əlaqəli mediafayllar |
2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.[6]