Şuşanın işğalı
Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi əməliyyatı / From Wikipedia, the free encyclopedia
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. "Հարսանիք լեռներում" ռազմագործողություն) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş üçün strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir.[3]
Şuşanın işğalı | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 8-9 may 1992 | ||
Yeri | Şuşa | ||
Nəticəsi |
Ermənilərin qələbəsi • Xankəndinin işğalının başa çatması[1] • Laçın dəhlizinin açılması[2] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı.[4]