1900 Yay Olimpiya Oyunları
From Wikipedia, the free encyclopedia
Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır. Açılış və bağlanış mərasimləri keçirilməmişdir. Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır. Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib. 19 idman növündə 997 Olimpiyadaçı iştirak edib. Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu. Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı.
II Yay Olimpiya Oyunları | |
---|---|
| |
Şəhər | Fransa, Paris |
İştirakçı dövlətlər | 24 |
İdmançıların sayı | 997 (975 kişi, 22 qadın)[1] |
Açılış mərasimi | 14 may |
Bağlanış mərasimi | 28 oktyabr |
Rəsmən açılışı edib | 14 may |
Stadion | Velodrom Jak Anketil |
Vikianbarda əlaqəli mediafayllar |
1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib. Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib. Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.
1900-cü il Oyunlarının qaliblərinin çoxuna medal verilməməsinə baxmayaraq, qaliblərə digər hədiyyələr — kubok və mükafatlar verilib. Peşəkarların mübarizədə apardığı qılıncoynatma yarışlarında qələbə qazanan Albert Jan Lui Ayat 3000 frank ilə mükafatlandırılıb.
Bu Yay Olimpiya oyunlarında Olimpiya Oyunlarının tarixində cəmi bir dəfə oyunların proqramına salınan avtomobil və motosiklet yarışları, hava şarında uçuş, kriket, kroket, Bask pelotası, 200 metr məsafəyə maneələrlə və sualtı üzgüçülük yarışları daxil idi. Atıcılıq yarışları zamanı hədəf kimi canlı heyvanlardan (göyərçinlər) istifadə tarixdə yalnız bu Olimpiya Oyunlarında olub.