Paris Beynəxalq Sərgisi (1900)
From Wikipedia, the free encyclopedia
Paris Beynəxalq Sərgisi (fr. Exposition universelle) 1900-cü il 15 aprel - 12 noyabr tarixləri arasında Fransanın Paris şəhərində keçirilmişdir.
Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "vuruldu". 35 ölkə ekspozisiyaları 18 tematik bölmələrdə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi.