Əsilzadəlik
monarx tərəfindən verilmiş irsi titullara sahib olan və ya belə insanlarla qohum olan şəxs / From Wikipedia, the free encyclopedia
Əsilzadəlik, aristokratiya (yun. αριστοκρατία), zadəganlıq, nobilitet[1] — irsi, dövlətdə imtiyazlı təbəqənin ən yüksək təbəqəsi .
Bir çox dövlətlərdə formal olaraq bütün hakimiyyət monarxa və ya xalq məclisinə məxsus olsa belə, əsilzadələr siyasətə əhəmiyyətli təsir göstərirdilər. Hakimiyyətin əsilzadələrə məxsus olduğu sistemə aristokratiya deyilir. Bu sistemin adı ilə əsilzadəliyin özü çox vaxt “aristokratiya” adlanır.