Ərazi bütövlüyü
From Wikipedia, the free encyclopedia
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur.[1] Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur.
Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək"[2] kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır.