Əhməd bəy Ağaoğlu
Azərbaycan və Türkiyə ictimai xadimi / From Wikipedia, the free encyclopedia
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu[3] (türk. Ahmet Ağaoğlu; dekabr 1869[1][2], Şuşa – 19 may 1939[1][2], İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir[4], publisist[5], pedaqoq, yazıçı[6], türkoloq[7] və liberal Kamalizmin banisi.[8]
Əhməd bəy Ağaoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1869[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 1939(1939-05-19)[1][2] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist, yazıçı, universitet müəllimi[d] |
Uşaqları | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb.[9] 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", "Tərəqqi", "Proqres", "Tərcümani-həqiqət", "Hakimiyyəti-milliyə", "Axın" qəzetlərinə baş redaktorluq edib.[4][10][11][12]
1905-ci ildə çar hökumətinə və daşnaklara qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub.[13] Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur.[14][15] Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və Tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının fəal əməkdaşı olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.[16]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur.[17] 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.[18] Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi.[19][20] Lakin İstanbula çatanda "İttihad və Tərəqqi" partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.[21]
Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş,[22] "Hakimiyyəti-milliyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.[23]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[24]